Rusiyada dəhşətli qətl hadisəsi baş verib. ANS PRESS-in Rusiya mətbuatına istinadla verdiyi məlumata görə, Nijni Novqorod şəhərində hamilə qadın güllələnib. Əkiz övladlarının doğumuna 10 gün qalan qadın qonşusunun qurbanı olub.
Tükürpədici hadisə yanvar ayının 3-də şəhərin Kanavinsk rayonunda Akimov küçəsində qeydə alınıb.
İlkin məlumata görə, 49 yaşlı Vitali Denisov sərxoş halda Yeni ili qeyd edib. Bu zaman o həddindən artıq səs-küy salaraq qonşuların narahatçılığına səbəb olub. Ondan bir mərtəbə yuxarıda yaşayan əkiz övlad gözləyən 40 yaşlı Oksana Quleev narahatlığını qonşusuna çatdırıb. Lakin bu adımmı ilə o sərxoş kiuşini daha da hiddətlənib.
Denisov qonşusunun qapısını döyməyə başlayıb. Lakin qadın qapını açmayıb. Bu zaman o öz evinə qayıdaraq silahını alıb və qonşusunun qapısının cəftəsinə atəş açmağa başlayıb.
Bədbəxtlikdən güləllərdən biri bu zaman qapının arxasında olan qadına dəyib. Aldığı güllə yarasından o hadisə yerindəcə keçinib.
Artıq ana və bətnindəki iki körpənin qatili olan kişi saxlanılıb.
Xatırladaq ki, "Azerros"un yerli şöbəsinin rəhbəri Vidadi Abbasov vesti.az-a bildirib ki, öldürülən qadın Rusiyanın Nijni Novqorod şəhərində Azərbaycan diasporasının fəallarından olan Rasim Quliyevin həyat yoldaşı olub.