Azərbaycanlı milyarderin oğlu mühəndis işləyir - FOTO

Azərbaycanlı milyarderin oğlu mühəndis işləyir - FOTO
12:42 5 Yanvar 2015
763 Dünya
Ölkə mətbuatı
A- A+

Rusiya mətbuatı bu dəfə “Lukoyl”un prezidenti Vahid Ələkbərovun oğlu ilə bağlı maraqlı fakt açıqlayıb.

“Qafqazinfo” xəbər verir ki, milyarderin oğlu Yusif Ələkbərovun Rusiyanın Koqalım şəhərində adi mühəndis işlədiyi məlum olub.

Hələ ötən il iş adamı yeganə varisi olan 24 yaşlı oğluna səhmlərini və neft şirkətlərini bircə şərtlə ötürəcəyini bildirmişdi. Həmin şərtlərə səhm paketlərini parçalamamaq və bölməmək və karyerasına neft maqnatının babası və atası kimi ən aşağı pillədən başlamaq daxil idi.

Koqalımda olan mənbənin sözlərinə görə, Ələkbərovun oğlu adi mühəndisdir və heç də işi kabinetdə oturmaqdan ibarət deyil.

Qeyd edək ki, sosial şəbəkələrdə aktiv olan Yusif Ələkbərov bahalı avtomobillər, yaxtalar, restoranlar, biz sözlə, dəbdəbəli həyata düşkünlüyü ilə diqqət çəkir. Lakin Ələkbərovun oğlunun atasının 7,6 milyardlıq sərvətinə sahib olmaq üçün qarşısına qoyulan şərtləri yerinə yetirməkdən başqa çıxış yolu yoxdur.

Milli.Az

Böyütmək üçün şəkillərə klikləyin.


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/317289.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR