Ona hər bölüm üçün 35 min dollar qonorar veriləcəyi bildirilib
Türkiyəli müğənni Hande Yener Azərbaycandan edilən təklifi rədd edib.
“Qafqazinfo” Türkiyə mətbuatına istinadən xəbər verir ki, Yeni il gecəsi Bakıda konsert verən müğənniyə Azərbaycan kanallarından birindən 1 milyon lirəlik təklif olunub. Yeni mövsümdə nümayiş olunacaq səs müsabiqəsində münsif olması üçün Yenerə hər bölüm üçün 35 min dollar qonorar veriləcəyi bildirilib.
13 bölüm yayımlanması planlaşdırılan yarışmanın çəkilişləri üçün həftənin 3 gününü Azərbaycanda keçirməsi lazım olan Yener 1 milyon lirəlik təklifdən imtina edib.
Milli.Az
Böyütmək üçün şəkillərə klikləyin.