Bakı İcra Hakimiyyəti yoxlanacaq

Bakı İcra Hakimiyyəti yoxlanacaq
12:44 5 Yanvar 2015
Ölkə mətbuatı
A- A+

Hesablama Palatasının növbəti kollegiya iclası keçirilib. Palatadan Lent.az-a bildirib ki,  kollegiya iclasında Palatanın 2015-ci ilin iş planı üzrə nəzərdə tutulmuş bir sıra nəzarət tədbirləri ilə bağlı audit proqramları təsdiq edilib. Belə ki, dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşu və ehtiyat fondlarından Bakı Şəhər İcra Hakimiyyətinə ayrılan vəsaitlərin istifadəsinə, Gənclər və İdman Nazirliyinin aparatının saxlanmasına, “Azərbaycan Gəncliyi 2011-2015-illərdə” Dövlət Proqramı üzrə nəzərdə tutulmuş tədbirlərə ayrılan vəsaitlərin istifadəsinə dair yoxlamalar aparılacaq.


Bundan başqa Milli Arxiv İdarəsi,  Azərbaycan Tibb Universiteti və Mingəçevir şəhər Mərkəzi Xəstəxanasına və onun tabeliyində olan səhiyyə müəssisələrinin yoxlanması da nəzərdə tutulub.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/189406

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR