Şirvanda tapılan meyitin şəxsiyyəti dəqiqləşdirilib

12:52 5 Yanvar 2015
94 Digər
Ölkə mətbuatı
A- A+

[ 05 Yanvar 2015 12:50 ]

Şirvan. Əlibəy Zeynallı - APA. Şirvan şəhərində tapılan naməlum kişi meyitinin şəxsiyyəti müəyyən edilib.

 

Şirvan şəhər Prokurorluğundan APA-nın Mil-Muğan bürosuna verilən xəbərə görə, yanvarın 4-də səhər saatlarında şəhərin baş Şirvan kollektorunun sahilində tapılan meyitin Şirvan sakini 1981-ci il təvəllüdlü Quliyev Səfa Salman oğlu olduğu aydınlaşıb.

 

Şirvan Patoloji Anatomiya və məhkəmə tibbi ekspertiza mərkəzində aparılan ilkin müayinənin nəticələrinə görə, meyitin üzərində zorakılıq əlamətləri olmayıb. Ölümün nədən baş verdiyi ekspertizanın nəticələrindən sonra aydınlaşacaq.

 

Faktla bağlı Şirvan şəhər Prokurorluğunda araşdırma aparılır.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR