Azərbaycan, Bakı, 5 yanvar /Trend/
Kanadada pis hava şəraiti Kvebek vilayətində 135 mindən artıq ev təsərrüfatında elektrik enerjisinin kəsilməsinə səbəb olub. Trend RİA Novosti-yə istinadən xəbər verir ki, bu barədə ölkənin “Hydro-Quebec” şirkəti məlumat yayıb.
Şirkətin Monterji inzibati vilayətində 75 min, Monrealda isə daha 51 min müştərisi işıqsız qalıb.
Meteoroloqların xəbərdarlığına görə, müxtəlif vilayətlərdə leysan yağışları, daşqınlar, sürəti saatda 120 kilometrə çatan külək, güclü qar və gecələr 30 dərəcəyə qədər şaxtalar gözlənilir. Bəzi vilayətlərdə havanın temperaturunun mənfi 48 dərəcəyə düşəcəyi ehtimal olunur.
Məqalə müəllifi ilə əlaqə ünvanı: agency@trend.az