Şamaxıda qadın dərman və sirkə turşusu içərək ölüb

Şamaxıda qadın dərman və sirkə turşusu içərək ölüb
12:58 5 Yanvar 2015
238 Ölkə
Ölkə mətbuatı
A- A+

Azərbaycan, Bakı, 5 yanvar /Trend, müxbir İlkin İzzət/

Şamaxılı qadın dərman və sirkə turşusundan zəhərlənmədən ölüb.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, yanvarın 3-də Şamaxı rayonunun Çuxuryurd kəndində Nisə Bayramova dərman və sirkə turşusundan zəhərlənmə ilə xəstəxanaya aparılarkən yolda ölüb.

Hazırda hadisənin intihar olub-olmadığı, qadının dərman və sirkə turşusunu niyə qəbul etdiyi araşdırılır.

Məqalə müəllifi ilə əlaqə ünvanı: agency@trend.az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR