Nicat yolu istəyən, gərək...

Nicat yolu istəyən, gərək...
19:12 1 Oktyabr 2016
46 Ölkə
Ölkə mətbuatı
A- A+

"Nəhcul-bəlağə"nin 16-cı xütbəsi İmam Əlinin (ə) ən mühüm xütbələrindən biridir. Bu xütbəsində insanlara xatalarından nicat tapmaqları üçün yollar göstərmiş və onlara əməl etməyi tövsiyə etmişdir.

İmam (ə) nicat yollarından danışır. Həzrət (ə) bu haqda buyurur: "Keçmişdəkilərin sərgüzəştlərindən hasil olan ibrətlər, intizarında olan cəzalara görə gözünün önündə olan pərdələri aradan qaldırar. İlahi təqva onu bu cür bədbəxtliklərə və şübhələrə düşməkdən qoruyar".
Milli.Az deyerler.org-a istinadən bildirir ki, İmam (ə) bizlərə məsləhət görür ki, əgər nicat tapmaq istəyirsinizsə, tarixdə adı çəkilmiş və günahları, xataları üzündən cəzalandırılmış millətlərin sərgüzəştlərinə nəzər salın və onlardan ibrət dərsi almağa çalışın. Çünki bu zaman gələcəkdə getməli olduğunuz yol aydınlanar və şübhələrin qaranlıqları aradan gedər. Bu yolla şeytanın (lən) tələlərini tanıyar və özünüzü qoruyarsınız.
İmamın (ə) nəzərinə görə nicat tapmağın başqa bir yolu - tövbə etməkdir. Belə ki, İmam (ə) buyurur: "İnsan o zamana qədər ki, sağdır - əməldə azaddır. Tövbə qəbul olunandır və sizin halınıza faydalıdır. Tövbəkar olun".
Əgər indi fürsətiniz varsa, tövbə edin və indi etdiyiniz tövbənin sizin halınıza faydası vardır. Lakin elə zaman gəlib çata bilər ki, nə dualarınız və nə də tövbələriniz qəbul olar. Can verən an, bir cür anlardan biridir. İnsan o zamana kimi ki, sağdır və bu dünyadadır, tövbələri qəbul olar. Mələklər də bu əməllərini yazarlar.
İmam (ə) xütbəsinin sonunda buyurur: "Əgər (əməl və tövbəni) təxirə salsanız, bu üç haldan başqası olmaz: ya uzun ömür yaşayıb qocalarsınız və işdən düşərsiniz və artıq cavanlıq əyyamında etdiyiniz işləri görə bilməzsiniz. Belə bir ömür nakəs ömürdür, yəni elə bir ömürdür ki, sizin gücünüzü aradan aparmışdır. Ya da mümkündür ki, xəstə olasınız və yatağa düşəsiniz və bir neçə il evdə və ya xəstəxanada yatasınız. Bu, həbs edən xəstəlikdir. Yəni, sizin əl və ayağınızı bağlamışdır və iş görə bilmirsiniz. Ya da ola bilsin ki, ani ölüm gəlib çatsın. Tövbə və əməli təxirə salan zaman bu üç haldan xaric olarsınız ki, hər üçü də bəladır. İndi ki, qoca deyilsiniz, xəstə deyilsiniz və ölüm də gəlib çatmamışdır - fürsətdən istifadə edin. Çalışın və səy göstərin. Ölüm üçün hazır olun. Bu tez keçən fürsətlərdən bəhrələnin ki, bu üç bəlaya düçar olmayasınız".

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/474837.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR