"Sürünə-sürünə, çabalaya-çabalaya..." - Samir Abbasov

"Sürünə-sürünə, çabalaya-çabalaya..." -   Samir Abbasov
19:17 1 Oktyabr 2016
38 İdman
Ölkə mətbuatı
A- A+

Topaz Premyer Liqasının VII turu çərçivəsində keçrilən "Sumqayıt" - AZAL matçı 1:1 hesabı ilə başa çatıb. Fanat.Az xəbər verir ki, meydan sahiblərinin baş məşqçisi Samir Abbasov fikirlərini bildirib:


- Oyunu iki hissəyə bölsək, qazandığımız 1 xal qənimətdi. İlk hissədə çox pis oynadıq. Nədəndisə, artıq neçənci oyundu ki, ilk dəqiqələrdən qol buraxırıq. Yaxşı olan odu ki, sonradan toparlana bilrik. Yavaş-yavaş irəliləyirik. Sürünə-sürünə, çabalaya-çabalaya olsa da.


- "Neftçi" ilə oyundakı qalib heyəti niyə dəyişdiniz?

- Kim necə edir bilmirəm, mən dəyişirəm. Narazı olduğum oyunçunu dəyişirəm. Biz optimal heyət axtarışındayıq.


- Mirabdulla Abbasov niyə ehtiyatda saxlamışdınız?

- Düşündüm ki, Amil Yunanov bu oyunda daha effekti olar.


- "Neftçi" ilə oyunda yaxşı oynadız. Bu gün niyə alınmadı?

- Çox maraqlı sindrom var - biz öz gücümüzə uyğun rəqiblərlə çətinlik çəkirik. Keçən mövsüm də belə olub, indi də elədi.


Fanat.Az


Xəbərin orijinal ünvanı: http://fanat.az/xeber-quotsurun-surun-cabalaya-cabalayaquot-t52999.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR