Yağış yağarkən dua edin

Yağış yağarkən dua edin
19:57 1 Oktyabr 2016
426 Ölkə
Ölkə mətbuatı
A- A+

Milli.Az zikr.az-a istinadən bildirir ki, Peyğəmbər (Allahın ona salavatı və salamı olsun) yağış yağan vaxtın duaların ən çox qəbul olunduğu vaxtlardan biri olduğunu bildirərək demişdir: "İki dua vardır ki, geri qaytarılmaz: Azan verilərkən və yağış yağarkən". (Əbu Davud, 2540).
Peyğəmbər (Allahın ona salavatı və salamı olsun) yağış vaxtı həmçinin bu duaları da etmişdir:
[Allahummə sayyibən nafian]
"Allahım! (Bu yağışı) bol, faydalı et!" ("Fəthul-Bari", 2/518)
Yağış yağandan sonra edilən zikr:
[Mutirnə bi fadli-l-ləhi va rahmətihi]
"Allahın lütfü və mərhəməti ilə bizə yağmur endirildi" (əl-Buxari, 1/205; Muslim, 1/83)
Göy guruldayarkən edilən dua:
[Subhənə-l-ləzi yusəbbihu-r-ra'du bi­həmdihi va-l-mələikətu min xiyfətihi]
"Göy gurultusunun həmd edərək, məl­əklərin isə qorxusundan şəninə təriflər dediyi (Allah) pak və müqəddəsdir!" "əl-Muvatta", 2/992)

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/474863.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR