Gədəbəy sakini ağacdan yıxıldı

Gədəbəy sakini ağacdan yıxıldı
20:12 1 Oktyabr 2016
15 Ölkə
Ölkə mətbuatı
A- A+

Gədəbəy sakini, 1970-ci il təvəllüdlü İsmayılov Nəriman Yusif oglu ağacdan yıxılaraq ağır xəsarət alıb.

Milli.Az "Report"a istinadən bildirir ki, Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasından verilən məlumata görə, o, kəllə beyin travması və qabırğaların sınığı diaqnozu ilə xəstəxanaya yerləşdirilib.
Dərhal əməliyyat olunan yaralının vəziyyəti ağırdır. Bu səbəbdən Nəriman İsmayılov Bakıdakı xəstəxanalardan birinə göndəriləcək.
Yaxınlarının dediyinə görə, o, inəyi üçün yarpaq yığarkən ağacdan yıxılıb.
Faktla bağlı araşdırma aparılır.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/475195.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR