"Futbolu kişi kimi oynamalısan" - AZAL-ın baş məqşçisi

"Futbolu kişi kimi oynamalısan" - AZAL-ın baş məqşçisi
21:05 1 Oktyabr 2016
32 İdman
Ölkə mətbuatı
A- A+

Azərbaycan Premyer Liqasının VII turu çərçivəsində baş tutan "Sumqayıt" - AZAL oyunu 1-1 hesablı bərabərliklə başa çatıb.

Milli.Az futbol11.az-a istinadən bildirir ki, oyundan sonra keçirilən mətbuat konfransında AZAL-ın baş məşqçisi Tərlan Əhmədov fikirlərini bildirib:
 
- Bu gün yaxşı oyun sərgilədik. İlk hissədə daha yaxşı oynadıq. İkinci hissədə isə rəib yaxşı oynadı və biz müdafiəyə çəkilməyə məcbur olduq. Qazanılan xala görə futbolçulara təşəkkür etdim. Bəzi txnimki səhvlərimiz var idi ki, zamanla bunları aradan qaldırmağa çalışacağıq. Qarşıda fasilə gəlir və bundan maksimum yararlanmağa çalışacağıq.
 
- Müdafiəçilərinizdən razı qaldınız?

- Bu gün bəzi dəyişikliklər etmişdim. Bu gün seçimim Ruslan Əmiranovuu müdafiədə oynatmaq idi. Deyim ki,müdafiədə yaxşı oynadıq. Ancaq vurduğu qola görə "Sumqayıt"ın fuutbolçusu Mirabdulla Abbasova təşəkkür edirəm.
 
- Futbolçularınız vaxtı öldürməyə çalışırlar...

- Yox. Mən məşqdə də futbolçularıma acımıram. Futbol kişi oyunudu və kişi kimi oynamalısan.Mən tapşırmıram ki, vax udun. Ancaq futbolun gözəlliyi də, belə məsələlərdədi. Ancaq mən heç vaxt futbolçulara tapşırmıram ki, vax udun.
Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/475204.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR