Neftin qiyməti 70 dolları ötməyəcək

Neftin qiyməti 70 dolları ötməyəcək
21:12 1 Oktyabr 2016
Ölkə mətbuatı
A- A+

"Bank of America" Neft İxrac edən Ölkələr Təşkilatının (OPEC) hasilatı azaltmaq barədə qərarının neft qiymətlərinə təsir edə biləcəyi, lakin qiymətin 70 dolları ötməyəcəyi qənaətindədir.

Milli.Az xezerxeber.com-a istinadən bildirir ki, bankdan edilən şərhdə OPEC-in gündəlik istehsalını 700 min barrel azaltmaq barədə qərarının neftin qiymətində bahalaşmaya səbəb olacağı bildirilir.

"Lakin OPEC-in hasilatı azaltması 2017-ci ilin ortalarına qədər "Brent" markalı neftin qiymətinin 70 dollar/barreli üstələməsinə səbəb olmayacaq", - deyə bankın məlumatında deyilir.

"Bank of America" 2017-ci il üçün neftin orta qiyməti üzrə proqnozunun 61 dollar/barrel olduğunu açıqlayıb.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/economy/475208.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR