Balqabaq gözlərin sağlamlığı üçün faydalıdır

Balqabaq gözlərin sağlamlığı üçün faydalıdır
21:17 1 Oktyabr 2016
319 Ölkə
Ölkə mətbuatı
A- A+

Balqabaq gözlərinizin sağlam qalması üçün çox faydalıdır. Çünki tərkibində karotin maddəsi vardır. Bundan başqa, balqabaq xərçəng xəstəliyi ilə mübarizə edir.

Milli.Az deyerler.org-a istinadən bildirir ki, balqabağın toxumu prostatın dərmanıdır. Tədqiqatlar göstərir ki, balqabaq toxumu prostatın yaxşılaşmasına yardım edər.
 
Balqabaq xərçəng riskini azaldır.
 
Balqabaq da kök kimi karotinoid mənbəyidir. Bu anti-oksidantlar xərçəng xəstəliyinə təsir etdiyi kimi, ürək xəstəliyinə də təsir edər. Tədqiqatlar göstərir ki, balqabaq kimi tərəvəzləri qəbul etmək xərçəng riskini azaldar. Bundan başqa, balqabağın tərkibində olan alfa-karotinlər xərçəng hüceyələrinin artmasına mane olur. Ona görə də bu tərəvəzi yeməklərinizə əlavə edin.
 
Balqabaq gözün qocalmasına mane olar.
 
Balqabaq lutein deposudur. Bu maddə gözün sağlam qalması üçün çox faydalıdır. Bu maddə filtr rolunu oynayır. Mütəxəssislər sübit ediblər ki, o kəslərdə ki, bu maddə olar, gözün qocalması riski 82% azalar.
 
Şəkər xəstəliyinin dərmanıdır.
 
İllər əvvəl mütəxəssilər belə nəticəyə gəlib çatıblar ki, balqabaq suyu şəkər xəstəliyinin dərmanıdır. Bunu da qeyd etmək lazımdır ki, balqabaq suyu şəkərin səviyyəsini bir qədər qaldıra bilər, ancaq buna görə nigaran olmaq lazım deyildir.
 
İmmun sistemini qaldırar.
 
Amerika mütəxəssiləri karotin maddəsinin üzərində tədqiqatlar aparmış və bu nəticəyə gəlib çatmışdılar ki, tərkibində olan anti-oksodantlar immun sisteminə yardım edir. Balqabaq sizin ağciyərlərinizi də təmizləyəcəkdir.
Balqabağın tərkibində protein, vitamin B3, B5, B9, B1, B2, B6, vitamin C, vitamin K, vitamin E, kalsium, dəmir, maqnezium, fosfor, kalium, sink, mis, manqan, silinium vardır.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/474829.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR