7 yaşlı qıza təcavüz edəni asdılar - FOTO

7 yaşlı qıza təcavüz edəni asdılar - FOTO
22:05 1 Oktyabr 2016
8870 Dünya
Ölkə mətbuatı
A- A+

İranda 7 yaşlı qız uşağını zorlayaraq qətlə yetirən qatil ictimaiyyət qarşısında edam edilib.
Milli.Az publika.az-a istinadən xəbər verir ki,  hadisə İranın Neyşəbur şəhərində baş verib.

Məluamta görə, Mehdi adlı 37 yaşındakı qatil, şəxsi mübahisələrə görə intiqam almaq məqsədilə öldürdüyü qızın bibisinin əri olub. Belə ki, o, əvvəlcə qızı oğurlayıb şəxsi mənzilinə aparıb. Daha sonra azyaşlıya təcavüz edərək qətlə yetirib. Cinayəti törətdikdən sonra qızın cəsədini atasının bağına aparıb basdırıb. O, törətdiyi cinayətdən iki gün sonra tutulub.
Qatil, bu gün ictimaiyyətin gözü qarşısında edam edilib.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/475214.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR