Lavrov və Kerri Suriyadakı vəziyyəti müzakirə ediblər

Lavrov və Kerri Suriyadakı vəziyyəti müzakirə ediblər
22:17 1 Oktyabr 2016
37 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 1 oktyabr. REPORT.AZ/ Rusiyanın xarici işlər naziri Sergey Lavrov və ABŞ dövlət katibi Con Kerri telefonla Suriyadakı vəziyyəti müzakirə ediblər.
"Report" xəbər verir ki, bu barədə "RİA Novosti" Rusiyanın Xarici İşlər Nazirliyinə istinadən məlumat yayıb.
Məlumata görə, Rusiya və ABŞ rəsmilərinin telefon danışığında Hələbdə yaranmış vəziyyətin normallaşdırılması da diqqət mərkəzində olub.
Xarici İşlər Nazirliyinin xəbərində xüsusi olaraq qeyd edilir ki, Suriya müxalifətinə məxsus silahlı birləşmələr "Cəbhət-ən Nüsrə" terrorçularını təcrid etməkdən imtina edir. 
Rusiya XİN-in nümayəndələri həmçinin vurğulayıblar ki, telefon danışığı Amerika tərəfinin təşəbbüsü ilə keçirilib.

Xəbərin orijinal ünvanı: http://report.az/diger-olkeler/lavrov-ve-kerri-suriyadaki-veziyyeti-muzakire-edibler

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR