"İnşallah, yüksələrəm, ondan sonra təyinat alaram" - " Roma" - "Astra" oyununun hakimi

"İnşallah, yüksələrəm, ondan sonra təyinat alaram" - " Roma" - "Astra" oyununun hakimi
23:05 1 Oktyabr 2016
46 İdman
Ölkə mətbuatı
A- A+

Azərbaycanlı FİFA hakimi Əliyar Ağayev Premyer Liqada bu gün əlavə hakim köməkçisi olduğu "Neftçi" - "Kəpəz" matçından sonra brifinq keçirib. 

Milli.Az "Report"a istinadən bildirir ki, gənc referimiz sualları cavablandırıb.

- Bu həftə Avropa Liqasının qrup mərhələsində "Roma" - Astra" matçını idarə etdin. Oyunun hakim-inspektoru işinə necə qiymət verdi?

- Hakim-inspektor ümumilikdə idarəçiliyimdəm razı qaldı. Ancaq qiymət dərhal yox, matçdan 2-3 gün sonra açıqlanır. Bu, həm AFFA-ya, həm də özümə gəlir.

- Bundan sonra səni daha yüksək səviyyəli oyunda görə bilərikmi?

- Bu sualı mənə çox verirlər. Çempionlar Liqasının qrup oyununu idarə etmək üçün ən azı 1-ci kateqoriyalı hakim olmalısan. İnşallah, bura yüksələrəm, ondan sonra təyinat alaram.

- Buna özünü hazır sayırsanmı?

- Hazır sayıram deyəndə ki, oyun versələr, həmin etimadı doğrultmağa çalışaram. Ancaq əsas fikrimiz 1-ci kateqoriyaya yüksəlməkdir.

- Bəs sənin üçün hakimliyin pik nöqtəsi hansı oyunu idarə etməkdir?

- Hər bir hakim, hər bir futbolçu üçün pik nöqtəsi böyük turnirlərin - Avropa, dünya çempionatının finalında iştirak etməkdir. Bu, məndə də olsa, pik nöqtə hesab oluna bilər,

- Özünə kumir seçdiyin hakim var?

- Yox. Bu, özündənrazılıq kimi çıxmasın. Avropada hər bir hakimə baxıb yaxşı, özümüzə lazım olan şeyləri götürürük.

- Sosial şəbəkələrdə Françesko Tottinin 40 illik yubileyində ona sarı verdiyin qabardıldı...

- Oyundur da.

- Avropa Liqasında qrupda idarəçilik edəndən sonra çempionatda köməkçi hakim olmaq nə dərəcədə çətindir?

- Oyun veriblər. Biz də çalışırıq ki, baş hakimə kömək edək. Baş hakim olmaq istəmirdim. Çünki bir az yorğunluq vardı. İtaliyadan qayıdandan sonra AFFA Hakimlər Komitəsinin sədri Xaqani Məmmədovla bu haqda danışdım. Ona söylədim ki, baş hakimə kömək edə bilərəm.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/475222.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR