"Kəpəz"in legioneri: "Bu gün bəxt "Neftçi"nin tərəfində idi"

"Kəpəz"in legioneri: "Bu gün bəxt "Neftçi"nin tərəfində idi"
23:27 1 Oktyabr 2016
40 İdman
Ölkə mətbuatı
A- A+

Bakı. 1 oktyabr. REPORT.AZ/ "Kəpəz"in legioneri Dari Frederiko Azərbaycan Premyer Liqasında bu gün "Neftçi"yə 0:2 hesabı ilə məğlub olduqları qarşılaşmadan sonra brifinq keçirib.
Braziliyalı yarımmüdafiəçi "Report"un oyunda olan əməkdaşının da suallarını cavablandırıb:
- Oyunun qırılma nöqtəsi ilk hissədə qaçırdığı qol imkanını sayırsanmı?
- Yox. Komanda oyuna yaxşı köklənməmişdi. Bun görə tez qol buraxdı və özünə gələ bilmədi. Buna görə də məğlub oldu.
- "Kəpəz"in son vaxtlar "Neftçi" ilə oyunları maraqlı, prinsipial alınır. Ancaq bu dəfə əksi oldu...
- Dediyiniz həqiqətdir. Bu gün də maraqlı oyun alınması üçün əlimizdən gələni etdik. Sadəcə, oyunumuz alınmadı.
- "Neftçi"yə sizdən başqa demək olar heç kim məğlub olmadı. Bu nəticəyə görə nə qədər məyussunuz?
- Premyer Liqada 8 komanda var. Rəqabət güclüdür. Səviyyəli komandalar çoxdur. Həmiçə qələbə qazanmaq olmur. Bu gün bəxt "Neftçi" tərəfdə idi. Qol vurdular, hesabda irəli keçdilər. Sonda daha bir dəfə fərqləndilər və qalib gəldilər. Buna görə "Neftçi"ni təbrik etmək istəyirəm.
- Buraxdığınız ikinci qolu necə şərh edərdin?
- Bu, futbolda normal bir şeydir. Sadəcə, bütün komanda irəli atılmışdı ki, heç olmasa bərabərlik qolunu vuraq, matçdan 1 xalla ayrılaq. Hamı hücumda olanda rəqib təkbətək çıxır və qapıçı bu zaman qərar verməlidir ki, irəli çıxsın ya yox. O da hücumçunun üstünə çıxmağa qərar verdi və nəticədə qapımızda top gördük.
- Bunda qapıçınızın səhvi vardı?
- Yox. Sadəcə, bir qapıçı kimi belə qərar verdi. Biz əks-hücumda qol buraxdıq.

Xəbərin orijinal ünvanı: http://report.az/futbol/kepez-in-legioneri-bu-gun-bext-neftci-terefde-idi-musahi-be

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR