“KamAZ”la toqquşan "VAZ"ın sürücüsü xəstəxanalıq oldu

“KamAZ”la toqquşan "VAZ"ın sürücüsü xəstəxanalıq oldu
00:39 2 Oktyabr 2016
50 Digər
Ölkə mətbuatı
A- A+

Gəncə-Daşkəsən avtomobil yolunda iki avtomobil toqquşub, xəsarət alan var.

 

APA-nın qərb bürosunun məlumatına görə, yolun Göygöl rayonu ərazisindən keçən hissəsində “KamAZ” markalı yük maşını “VAZ 21099” markalı minik avtomobili ilə toqquşub.

 

Qəza zamanı “VAZ”-ın sürücüsü 1962-ci il təvəllüdlü Əziz Quliyev müxtəlif bədən xəsarətləri  alaraq Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdirilib.

 

Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır. 


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/255320

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR