Meksikada baş vermiş yol qəzasında 13 nəfər yanaraq ölüb

Meksikada baş vermiş yol qəzasında 13 nəfər yanaraq ölüb
01:12 2 Oktyabr 2016
39 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 2 oktyabr. REPORT.AZ/ Meksikada ağır yol qəzası baş verib.
"Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, hadisə Verakrus-Kordoba magistral yolunda qeydə alınıb.
Belə ki, sərnişin avtobusunun yük maşınıyla toqquşması nəticəsində 13 nəfər ölüb. Qəzadan sonra avtobus yanmağa başlayıb. 
Yanğın o qədər güclü olub ki, salondan ancaq bir nəfəri xilas etmək mümkün olub. Digər sərnişinlər isə yanaraq ölüblər.
Xilas edilmiş şəxsin Tabasko ştatının keçmiş ictimai təhlükəsizlik naziri, istefada olan general Audomaro Martines olduğu bildirilir. 

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR