Pendirli kələm "zərfi"

Pendirli kələm "zərfi"
07:05 2 Oktyabr 2016
154 Ölkə
Ölkə mətbuatı
A- A+

Milli.Az pendirli kələm bükməsinin hazırlanma qaydasını təqdim edir

Tərkibi:

700 q ağ kələm

500 q bərk pendir 

100 q un

2 yumurta

100 ml qaymaq

100 q narın suxarı

duz

qara istiot

Kələmi yuyun, ortasını çıxarıb duzlu suda yarımbişmiş hala gələnədək pörtlədin. Yarpaqlarını ayırın. Qaba hissələrini kəsin.  

Pendiri fal-fal doğrayın. Hər kələm yarpağının ortasına pendir dilimi qoyub zərf kimi bükün. 

Yumurta, qaymaq, duz və istiotu çalın. Hər "zərf"i əvvəlcə una, sonra klyara (yumurtalı qarışığa), sonda isə narın suxarıya batırıb orta itilikli odda hər iki üzünü qızardın. 

Nuş olsun! 

Digər maraqlı reseptlər üçün Facebook səhifəmizə üzv olun.

Milli.Az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR