Roma Papasının Azərbaycana səfəri başlayır

Roma Papasının Azərbaycana səfəri başlayır
07:17 2 Oktyabr 2016
178 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 2 oktyabr. REPORT.AZ/ Bu gün Roma Papası Fransisk Azərbaycana səfər edəcək.
"Report" xəbər verir ki, səhər saatlarında Bakıya "Biz hamımız qardaşıq" şüarı ilə gələn Fransiskin səfər proqramı olduqca əhatəlidir.
Papanın Azərbaycana səfəri Müqəddəs Bakirə Məryəmin Məsum Hamiləliyi kilsəsində dini ayinlə başlayacaq. Mərasimdə yüzlərlə insanın iştirak edəcəyi gözlənilir. Kilsədə 430 nəfərlik oturacaq yer hazırlanıb, bununla yanaşı, kilsənin həyətində daha 500-ə qədər insan yerləşə bilər.
Əgər Papanı dinləməyi arzu edənlərin sayı bundan da daha çox olsa, onda onlar üçün yerli dövlət orqanları ilə razılaşdırılmış şəkildə kilsənin ətrafında ərazi ayrılacaq. Kilsənin yanında içəridə olanları müşahidə etmək üçün böyük monitorlar qurulub.
Günün ikinci yarısında katolik Roması rəhbərinin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə təkbətək görüşü keçiriləcək. Bundan sonra Azərbaycanın dövlət başçısı və Roma Papası Heydər Əliyev Mərkəzində ictimaiyyət qarşısında çıxış edəcəklər.
Bununla yanaşı, Roma Papası Qafqaz Müsəlmanları İdarəsinin rəhbəri, şeyxülislam Allahşükür Paşazadə və Azərbaycanın dini icmalarının rəhbərləri ilə də görüşü keçiriləcək.
Fransisk həmçinin Qafqazın ən böyük məscidi olan "Heydər Məscidi"nə də baş çəkəcək. Roma Papası Şəhidlər Xiyabanına baş çəkəcək, buradakı əbədi məşəlin üzərinə əklil qoyacaq.
Qeyd edək ki, Papanın kortecinin keçəcəyi ərazilərdə nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq.
Fransisk bu gün axşam Vatikana qayıdacaq.

Xəbərin orijinal ünvanı: http://report.az/xarici-siyaset/roma-papasinin-azerbaycana-seferi-baslayir

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR