Acundan “Survivor 2017” sürprizi

Acundan “Survivor 2017” sürprizi
09:52 2 Oktyabr 2016
154 Maraqlı
Ölkə mətbuatı
A- A+

"Survivor" yarışlarının aparıcısı Acun Ilıcalı verilişlə bağlı yeniliklər edib.

Axşam.az acunn.com-a istinadən xəbər verir ki, aparıcı növbəti mövsümdə Dominikan adasında "Survivor Türkiyə" ilə eyni vaxtda "Survivor Yunanıstan" yarışının da çəkiləcəyini açıqlayıb:

"Günortaya qədər "Survivor Türkiyə" çəkiləcək, günortadan sonra isə yunanların yarışlarını izləyəcəyik".

Acun "Survivor Türkiyə"nin yeni mövsümündə sürpriz iştirakçıların olacağını da bildirib:

"Onların arasında 3 nəfər xüsusilə çox maraqlı simadır. Amma adlarını açıqlamağa hələ vaxt var. Bir-bir elan edəcəyik".

Qeyd edək ki, "Survivor Türkiyə 2016"da Atakan qalib olmuşdu.

Milli.Az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR