"Xüsusi səbəbi var və bunu sizlə bölüşmək istəmirəm"

"Xüsusi səbəbi var və bunu sizlə bölüşmək istəmirəm"
10:22 2 Oktyabr 2016
42 İdman
Ölkə mətbuatı
A- A+

Topaz Premyer Liqasının VII turunda öz meydanında "Kəpəz"lə qarşılaşan "Neftçi" 2:0 hesablı qələbəyə sevindi. Görüş başa çatdıqdan sonra "ağ-qaralar"ın rumıniyalı hücumçusu Katalin Tira apasport.az saytının əməkdaşının da suallarını cavablandırıb.

- Oyunla bağlı fikirlərinizi bildirərdiz...

- Qələbə qazandığımız və uğursuzluq zolağından çıxdığımız üçün çox sevincliyik. Bunun davamlı olacağına ümid edirik.
 
- Bu qələbəni "Neftçi"nin uğurlu oyunları üçün başlanğıc saymaq olarmı?

- Mən inanıram ki, bu qələbə ilə birlikdə daha yaxşı nəticələrimiz olacaq.
 
- İşlər yenicə yoluna düşürdü ki, çempionatda fasilə yarandı. Sizcə, bu, komandaya necə təsir edəcək?

- Fasilə bizim üçün çox vacibdir. Çünki bizim yeni məşqçimiz, yeni oyun startegiyamız var. Biz artıq bu stilə öyrəşməliyik və bu fasilədən xeyrimizə istifadə edə bilərik.
 
- "Neftçi"də ilk qolunuzu vurdunuz, bu vaxta qədər fərqlənmək üçün nə çatmırdı?

- Nə çatışmır deyəndə ki, hər şey axı məndən asılı deyil. Futbol kollektiv oyundur. Mən isə bunu deyə bilərəm ki, əgər daha əvvəl də qol vurmuş olsaydım, komanda uduzsaydı, yenə xoşbəxt olmazdım. Bu gün də qalib gəlmişiksə, mən fərqlənməmiş olsaydım da, çox sevinərdim.
 
- Demək olarmı ki, komanda yoldaşlarınız sizi normal qaydada topla təmin edə bilmirdilər?

- Mən heç kimi günahlandırmaq istəmirəm. Bizim birgə məqsədimiz var ki, qələbə qazanaq. Hər bir oyunçu da qol vurmaq istəyir. Hərənin də öz tapşırığı var. Sadəcə ümumi olaraq komanda halında alınmadı.
 
- Qoldan sonra məşqçinin üstünə qaçmağının xüsusi səbəbi var?

- Xüsusi səbəbi var və bunu sizlə bölüşmək istəmirəm.
 
- Bəlkə, ona söz vermişdiz ki, qol vuracaqsız?

- Belə də demək olar. O, mənim özümə olan inamımı qaytardı, mən də söz verdim ki, bu komanda üçün əlimdən gələni edəcəm.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/475249.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR