Çində 2 bina uçdu - xəsarət alan var

Çində 2 bina uçdu - xəsarət alan var
10:57 2 Oktyabr 2016
45 Dünya
Ölkə mətbuatı
A- A+

Bazar günü Çinin Qansu vilayətində iki bina uçub. Trend RİA Novosti-yə istinadən məlumat verir ki, hadisə zamanı 1 nəfər xəsarət alıb.

Hadisə yerli vaxtla səhər təxminən 7:30 radələrində baş verib. Uçan binalardan biri 4, digəri 7 mərtəbəli olub.

Hadisənin səbəbi kimi torpaq sürüşməsi ehtimal edilir, lakin son dövrlər həmin ərazidə torpaq sürüşməsinə səbəb ola biləcək qədər yağışlar yağmadığı da qeyd olunur.

Hazırda hadisə yerində xilasedicilər işləyirlər.

Milli.Az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR