Azərbaycanda yeni arxeoloji materiallar aşkar edilib

Azərbaycanda yeni arxeoloji materiallar aşkar edilib
11:47 2 Oktyabr 2016
46 Ölkə
Ölkə mətbuatı
A- A+

AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutunun ekspedisiyası tərəfindən Yevlax rayonunun Qaramanlı və Tərtər rayonunun Bəyimsarov kəndləri arasındakı ərazidə aparılan arxeoloji tədqiqat işləri zamanı 10 ədəd küp qəbir açılıb.

Arxeologiya və Etnoqrafiya İnstitutunun aparıcı elmi işçisi Vaqif Əsədov Trend-ə bildirib ki, eradan əvvəl II-I əsrlərə aid dəfn küplərinin yanında və içərisində müxtəlif ölçülü və formalı onlarla saxsı qab - küpə, kasa, piyalə və sair, həmçinin tuncdan bəzək əşyaları və əmək alətləri (gərdənlik, qolbaqlar, oraq) aşkar edilib.

Aşkar edilən arxeoloji materialların bir hissəsi Yevlax-Tarix Diyarşünaslıq Muzeyinə təhvil verilib.

Milli.Az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR