Sabah Azərbaycanda havanın temperaturu 16 dərəcəyədək yüksələcək

Sabah Azərbaycanda havanın temperaturu 16 dərəcəyədək yüksələcək
13:12 5 Yanvar 2015
78 Digər
Ölkə mətbuatı
A- A+

[ 05 Yanvar 2015 13:04 ]

Yanvarın 6-7-də Abşeron yarımadasında meteohəssas insanlar üçün əlverişsiz hava proqnozlaşdırılır

Bakı. Könül Kamilqızı - APA. Yaxın 2 gün ərzində Azərbaycanda müşahidə olunacaq hava şəraitində ciddi dəyişiklik gözlənilmir. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktor müavini Gülşad Məmmədova APA-ya açıqlamasında deyib ki, ölkə ərazisində mülayim və yağmursuz hava şəraiti müşahidə olunacaq.

 

Yanvarın 6-də Bakı və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Səhər və axşam bəzi yerlərdə duman olacaq. Arabir güclənən şimal küləyi günü ikinci yarısında mülayim cənub-qərb küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 2-5 dərəcə isti, gündüz 8-12 dərəcə isti olacaq.

 

Sabah Azərbaycanın bölgələrində hava şəraitinin əsasən yağmursuz olacağı gözlənilir. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Cənub-qərb küləyi əsəcək, əsasən dağlıq ərazilərdə arabir güclənəcək. Havanın temperaturu gecə 0-5 dərəcə isti, gündüz 11-16 dərəcə isti, dağlarda gecə 2-7 dərəcə şaxta, gündüz 5-8 dərəcə isti olacaq.

 

Tibbi meteoroloji proqnoza gəlincə, yanvarın 6-da və 7-də Abşeron yarımadasında atmosfer təzyiqinin xeyli tərəddüdü, arabir güclənən xəzri və gilavar küləklərinin bir-birini əvəz etməsi meteohəssas insanlar üçün əsasən əlverişsizdir. 

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR