Almaniya II Bundesliqasında VIII turun oyunları keçirilib. Fanat.Az xəbər verir ki, milimizin yarımmüdafiəçisi Dmitri Nazarovun çıxış etdiyi "Aue” öz meydanında "Bohum"la qarşılaşıb.
Futbolçumuzun klubu bu oyundan məğlubiyyətlə ayrılıb - 2:4. Nazarovun adı “18-lik”də olsa da, baş məşqçi ona şans verməyib.
Qeyd edək ki, "Aue" 7 xalla 18 klub arasında 15-ci pillədə qərarlaşıb.
Fanat.Az