Milanda güclü partlayış - yaralılar var

Milanda güclü partlayış - yaralılar var
13:22 2 Oktyabr 2016
40 Dünya
Ölkə mətbuatı
A- A+

Milanda güclü partlayış baş verib. Trend RİA Novosti-yə istinadən məlumat verir ki, partlayış yaşayış binasının birinci mərtəbəsində yerləşən barda baş verib. Partlayışın ardınca yanğın yaranıb. Partlayış nəticəsində 2 nəfər yaralanıb.

Hadisə baş verən zaman barın bağlı olduğu bildirilir.

Partlayışdan sonra yaranan yanğın binadakı mənzillərə də keçib. Sakinlər təcili təxliyyə ediliblər. Bununla belə, 10 sakin yüngül yanıq və tüstüdən zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilib.

Hazırda hadisə yerində polis və yanğınsöndürənlər briqadası çalışır, partlayışın ilkin səbəbi olaraq təbii qaz sızması ehtimal edilir.

Milli.Az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR