"Hər səhər tüksüz başına baxıb ağlayırsan" - Zümrüddən cəsarətli paylaşım

"Hər səhər tüksüz başına baxıb ağlayırsan" -  Zümrüddən cəsarətli paylaşım
14:16 2 Oktyabr 2016
1119 Şou
Ölkə mətbuatı
A- A+

Xərçəng xəstəliyindən əziyyət çəkən aparıcı Zümrüd Qasımova sosial şəbəkədə keçəl şəklini paylaşıb.

Axşam.az-ın məlumatına görə, o, bununla xərçəng xəstəsi olan xanımlara dəstək olub.

Aparıcı bildirib ki, saçlar keçəl qırxılsa da, sonrada uzanır:

"Bu şəkil xərçəng xəstəliyindən əziyyət çəkən bütün xanımlaradır. Gündə yüzlərlə qadın mənə suallarnan müraciət edir ki, saçlar qayıdır? Hər şey əvvəlki kimi olur? Bəli əzizlərim, saç da qayıdır, hər şey əvvəlkindən də gözəl olur.

Qorxmayın, vaxtında həkimə gedən də, erkən aşkar olunan da sağalırsan və sevdiklərinin yanında olursan. Mübariz olun, həyatı və özünüzü sevin, özünüzə inanın. Sizin hər birinizi anlayın. Kimya terapiyanı edəndən sonra qaytarırsan, əsəbiləşirsən, qışqırırsan, ağlayırsan. Radioterapiya edəndən sonra dərinin yanmasından əziyyət çəkirsən, özünə baxa bilmirsən. Hər səhər tüksüz başına baxıb ağlayırsan. Amma gözəl və güclü qadınsansa, sonda sağalırsan.    

Həyat gözəldir, yaşamağa dəyər. Hər şey keçir. Özünüzü sevin, bu da bir sınaqdır. Ən ağır gününüzdə də qırmızı pomada vurmağı unutmayın. Yaşadıqlarıma baxmayaraq, mən çox xoşbəxtəm".


Xəbərin orijinal ünvanı: http://axsam.az/?name=xeber&news_id=58573

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR