Müğənni Rəhim Rəhimli şou-biznesin küsülü müğənnilərini barışdırmaq istəyir.
Axşam.az-ın məlumatına görə, sənətçi bu haqda "Xəzər maqazin"də deyib.
O bildirib ki, böyük konsertlər edib, bütün küsülü ifaçıları həmin səhnədə görməyi arzulayır:
"İstəyirəm böyük konsertlər keçirilsin, kulisdə hamı bərabər olsun. İllərlə küsülü olan sənətçilər layihələrdə birləşsinlər. İllər əvvəl bir layihə düşünürdüm, orada dörd ifaçını bir arada görmək istəyirdim. Amma müğənnilərdən birinin yanında çalışan işçi çox sərt reaksiya göstərdi. Aygün Kazımova ilə Natavan Həbibinin barışmasını istəməyən şəxs həyatda ən çirkin adamdır.
Aygün xanımla "Həbibim" adlı mahnı oxumuşuq. Bu yaxınlarda maşında ona qulaq asanda barışıq haqda danışdıq".
Milli.Az