Magistralda reklam əvəzinə pornofilm göstərdilər

Magistralda reklam əvəzinə pornofilm göstərdilər
15:27 2 Oktyabr 2016
134 Dünya
Ölkə mətbuatı
A- A+

İndoneziyanın paytaxtı Cakartada maraqlı hadisə baş verib.

Milli.Az atv.az-a istinadən bildirir ki, mərkəzi magistralların birində quraşdırılan böyük ekranda erotik film nümayiş olunub. Bildirilir ki, açıq-saçıq səhnələrin nümayiş olunduğu kino 5 dəqiqə davam edib. Hadisəyə dərhal müdaxilə edən müvafiq qurumlar çox çalışsa da, filmin yayımını dayandıra bilməyiblər. Sonda elektrik enerjisinin kəsilməsi ilə ekranı söndürmək mümkün olub.

Rəsmi dairələr hadisənin hansı səbəbdən baş verdiyini araşdırır. Məlumata görə, məşhur şirkətlərdən birinin reklamlarının nümayiş olunduğu qurğuya hakerlər sızıblar.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/475300.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR