Prezident İlham Əliyev: "Roma Papasının səfəri sivilizasiyalararası dialoq üçün çox əhəmiyyətlidir"

Prezident İlham Əliyev: "Roma Papasının səfəri sivilizasiyalararası dialoq üçün çox əhəmiyyətlidir"
16:22 2 Oktyabr 2016
65 Ölkə
Ölkə mətbuatı
A- A+

Bu gün rəsmi qarşılanma mərasimi başa çatdıqdan sonra Azərbaycan Prezidenti İlham Əliyevin və xanımı Mehriban Əliyevanın Roma Papası Fransisk ilə görüşü olub.

Trend bildirir ki, Roma Papası səmimi qarşılanmaya görə Azərbaycan Prezidenti İlham Əliyevə təşəkkürünü bildirib.

Prezident İlham Əliyev deyib: "Sizi Azərbaycanda salamlamaqdan məmnunluq duyuram. Sizin Azərbaycana səfəriniz tarixi bir səfərdir. Çox minnətdaram ki, mənim dəvətimi qəbul edib Azərbaycana səfər etmisiniz. Ümid edirəm ki, siz vətənə xoş təəssüratlarla dönəcəksiniz. Sizin bu səfəriniz Vatikan-Azərbaycan əlaqələri üçün, eyni zamanda sivilizasiyalararası dialoq üçün çox əhəmiyyətlidir".

Dövlət başçısı deyib ki, Azərbaycanda bütün dinlərin nümayəndələri bir ailə kimi sülh və mehriban şəraitdə yaşayırlar.

Milli.Az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR