Bakı. 2 oktyabr. REPORT.AZ/ Bu gün səhər saatlarından Azərbaycanda səfərdə olan Roma Papası Fransisk Şəhidlər xiyabanını ziyarət edib.
"Report" xəbər verir ki, Papa Əbədi məşəl önündə Azərbaycanın müstəqilliyi uğrunda canlarından keçmiş şəhidlər üçün dualar edib.
Mərasim zamanı Azərbaycan himni səsləndirilib. Qonağı Bakı şəhərinin meri Hacıbala Abutalıbov müşayiət edib.