İngiltərə Premyer Liqasında VII tura "Vest Hem"in futbolçusu Dimitri Payet damğa vurub. O, "Midlsbro" ilə oyunda fərqlənərək komandasını məğlubiyyətdən xilas edib - 1:1.
Fanat.Az xəbər verir ki, fransız hücumçu sol cinahdan topu ələ keçirdikdən sonra rəqibin 5 oyunçusunu keçərək cərimə meydanına doğru hərəkət edib.
Qapıçı ilə təkbətək çıxan Payet topu onun yanından tora göndərib.
Qeyd edək ki, görüş 1:1 hesablı heç-heçə ilə nəticələnib.
Fanat.Az