Bakıda qadın avtomobilin qapısını bağlamağı unutdu - başına iş gəldi

Bakıda qadın avtomobilin qapısını bağlamağı unutdu - başına iş gəldi
18:34 2 Oktyabr 2016
135 Digər
Ölkə mətbuatı
A- A+

Bakı sakininin avtomobilindən oğurluq edilib. Lent.az-ın məlumatına görə, Suraxanı rayon Polis İdarəsinə müraciət edən 1987-ci il təvəllüdlü Cəbiyeva İlahə Elman qızı Əmircan qəsəbəsindəki bazarın qarşısında saxladığı avtomobilin qapısını bağlamağı unutduğunu və 10 dəqiqə sonra geri qayıdarkən maşından xeyli pulun oğurlandığını müəyyən etdiyini bildirib. Şikayətçi avtomobildən 7 yaşlı oğlunun şəxsiyyət vəsiqəsinin də götürüldüyünü əlavə edib.

 

Araşdırma aparılır.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/255360

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR