"O əsəbi idi"

"O əsəbi idi"
19:27 2 Oktyabr 2016
67 İdman
Ölkə mətbuatı
A- A+

"Liverpool"un şərəfini qoruyan Ceyms Milner "Swansea" ilə matçdan sonra jurnalistlərin suallarını cavablandırıb. Milli.Az goal.az-a istinadən xəbər verir ki, komandasına qələbə gətirən futbolçu Kloppu tərifləyib: "Fasiləyə gedərkən daha yaxşı vəziyyətdə olmalı idik. Bunu baş məşqçimiz Yürgen Kloppun haqqını vermək lazımdır. O əsəbi idi. Hamımızla danışdı və lazım olanları söylədi".

Vurduğu qola da toxunan 34 yaşlı futbolçu o anı belə şərh edib: "Çox böyük an idi. Bir çox epizodumuz olsa da, bəlkə qol vurmaq üçün ən son şansımız idi. Bu fürsəti dəyərləndirmək lazım idi".

Qeyd edək ki, "Liverpool" "Swansea"nı Roberto Firmino və Ceyms Milnerin vurduğu qollarla 2:1 hesablı məğlub edib.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/475337.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR