Efiopiyada yüzlərlə insan ölüb - FOTO

Efiopiyada yüzlərlə insan ölüb - FOTO
20:57 2 Oktyabr 2016
133 Dünya
Ölkə mətbuatı
A- A+

Efiopiyada 100-dən çox insan həlak olub

Trend TASS-a istinadən verdiyi xəbərə görə, qətliam Oromiya əyalətində keçirilən etirazlar zamanı həlak olub.

APA-nın Hürriyet qəzetinə istinadən verdiyi məlumata görə, paytaxt Ədib-Əbəbədən 40 km uzaqlıqdakı Oromia bölgəsində dini bir mərasim üçün toplaşan kütlənin içərisindəki bəzi şəxslər hökumət əleyhinə şüarlar səsləndiriblər.

Bəzi aksiyaçılar təhlükəsizlik qüvvələrinə daş və şüşə atıblar. Təhlükəsizlik qüvvələrinin aksiyaçılara atəş açması nəticəsində yaşanan izdihamda yüzlərlə insan həyatını itirib. Cafer Muhammed adlı bir fəal ən azı 300 nəfərin öldüyünü, bundan daha çox sayda insanın isə yaralandığını bildirib. O, hərbçilərin və hərbi vertolyotların xalqa atəş açdığını, ölənlərin çoxunun atəşdən qaçmaq üçün uçurumdan atlayanların və gölə girənlərin olduğunu qeyd edib. Efiopiya hökuməti də olayda ölənlərin olduğunu bildirib və məsuliyyət daşıyan şəxslərin mühakimə olunacağını bəyan edib.

Milli.Az




Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/475350.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR