"Belə sualı əhvalımı korlamaq üçün verirsiniz?" - Qriqorçuk

"Belə sualı əhvalımı korlamaq üçün verirsiniz?" -   Qriqorçuk
22:07 2 Oktyabr 2016
61 İdman
Ölkə mətbuatı
A- A+

Topaz Premyer Liqasında I dövrəyə yekun vurulub. Fanat.Az xəbər verir ki, VII turun son oyununda "Qəbələ" "Qarabağ"ı qəbul edib. 

Görüşdə 2:0 hesabı ilə qalib gələn meydan sahibləri zirvədəki yerlərini qoruyublar. Matçdan sonra təşkil olunan mətbuat konfransında "Qəbələ"nin baş məşqçisi Roman Qriqorçuk fikirlərini bölüşüb:


- Özünüzü necə hiss edirsiniz?

- Oyundan əvvəl də, indi də özümü əla hiss edirəm. Qalib gəldik. Məni sevindirən odu ki, komandamız gözəl oynadı. İdeal olmasa da, gözəl.


- Bu qələbədən sonra Ukraynaya gedəcəksiniz?

- Xeyr. Ailəm də buradadı. Qəbələdə qalacam.


- İlk hissədə "Qəbələ", ikinci yarıda "Qarabağ" yaxşı oynadı. Bu barədə nə deyə bilərsiniz?

- İlk hissədə gözəl oynadıq. İkinci hissədə rəqib də hücum edirdi. Amma bu o demək deyil ki, biz müdafiə olunmağa məcbur olduq.


- Ozobiçin qolu uzaq görünürdü, yoxsa çempionluq?

- Çempionluq barədə düşünmək hələ tezdir. Bizim planımız dəyişməz olaraq qalır - oyundan-oyuna, addım-addım.


- Komanda yüksəlişdədi. Qarşıdakı fasilə mənfi təsir göstərə bilər?

- Əksinə, bu fasilə bizə lazımdı. Bizim qrafikimiz çox sıx idi. İndi hazırlaşmaq, daha da inkişaf etmək üçün vaxtımız olacaq.


- Petar Franyiçi bu gün meydanda görmədik. "Maynts"la oyunda zəif çıxış etdiyi üçün oynatmadınız?

- Bizim yanaşmamız dəyişməzdi - kim daha yaxşı formadadırsa, o, oynayır. Həm də limit məsələsi var.


- Səmimi cavab verin: limit olmasa, azərbaycanlı futbolçu oynadarsınız?

- (gülür) Çox qəribə sualdı. Fikir vermisinizsə, Avropa Liqasında əsas heyətdə 3 azərbaycanlı da oynatmışam. Azərbaycan futbolçuları içərisində yaxşısının olmamasını demək düzgün deyil. Siz əhvalımı korlamaq üçün belə sual verirsiniz? Yaxşı oyunçular çoxdur. Bu gün də onlar meydanda idi. Urfan, Roman, Asif, Ruslan... Daha kim qaldı? Hə, Məhəmməd Mirzəbəyov, o, irəliyə addım yox, "şbaqat" açıb. Rəşad Sadiqov isə fenomendi. Bunu onun özünə də demişəm. Mən oyunçunun pasportuna baxmıram.


- Hazırkı "Qəbələ" sizin fəlsəfənizi də dərəcədə reallaşdıra bilir?

- İdeal heç nə yoxdu. Hər bir yaxşı şeyin üzərində işləməklə daha da yaxşı etmək olur.


- Hazırda Azərbaycanda özünüzü rəqibsiz məşqçi sayırsnız?

- Qətiyyən! Bugünükü rəqibimiz ən yaxşı sözlərə layiqdi. Onları o qədər tərifləmişdim ki, bu gün mənə qəribə baxırdılar (gülür). İstədim deyəm ki, bağışlayın, sözlərimi geri götürürəm. Həmçinin "İnter", "Kəpəz" və digər klublar var.


Fanat.Az


Xəbərin orijinal ünvanı: http://fanat.az/xeber-quotbel-sual-hvalm-korlamaq-ucun-verirsinizquot-t53030.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR