Topaz Premyer Liqasında I dövrəyə yekun vurulub. Fanat.Az xəbər verir ki, VII turun son oyununda "Qəbələ" "Qarabağ"ı qəbul edib. Görüşdə 2:0 hesabı ilə qalib gələn meydan sahibləri zirvədəki yerlərini qoruyublar.
Fanat.Az xəbər verir ki, 11-ci dəqiqədə hesabı açan Filip Ozobiç qarşılaşmadan sonra fikirlərini bildirib: "Sevinirəm ki, bugün qol vurdum. Çox yaxşı oynadıq. Layiqli qələbə qazandıq. Əlbəttə, Avroliqadan sonra çətin idi, yorulmuşduq. Çempionluq barəsindı danışmaq tezdi. Şansımız var. Sonacan getməliyik. "Qarabağ" yaxşı komandadı. Ağır matç oldu".
Fanat.Az