Siyəzəndə ağır qəza: 2 ölü

Siyəzəndə ağır qəza: 2 ölü
22:34 2 Oktyabr 2016
205 Digər
Ölkə mətbuatı
A- A+

Bu gün axşam saatlarında Bakı-Quba yolunda ölümlə nəticələnən yol nəqliyyat hadisəsi baş verib.

 

APA-nın şimal bürosunun verdiyi məlumata görə, qəza Siyəzən rayonunun Gilgilçay kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

 

99 AC 039 dövlət nömrə nişanlı"Azsamand" markalı avtomaşınla 10 UT 453 dövlət nömrə nişanlı maşın “Ford” toqquşub.

 

Qəza nəticəsində "Azsamand" yol kənarındakı dəmir maneəyə çırpılıb. Qəza nəticəsində "Azsamand"da olanlardan biri dünyasını dəyişib. Qəzada xəsarət alanlara kömək məqsədilə "Ford" markalı maşından düşən qadın sərnişini isə yoldan keçən maşınlardan biri vurub. Orta yaşlı qadın  hadisə yerində dünyasını dəyişib. Hadisəni törədən sürücü hadisə yerindən qaçıb.

 

Qəza zamanı xəsarət alan şəxslər Siyəzən Regional Diaqnostika Mərkəzinə yerləşdirilib.

 

Faktla bağlı araşdırmalar davam etdirilir.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR