Bakı-Quba yolunda iki nəfərin ölümü ilə nəticələnən yol qəzası baş verib

Bakı-Quba yolunda iki nəfərin ölümü ilə nəticələnən yol qəzası baş verib
22:47 2 Oktyabr 2016
231 Ölkə
Ölkə mətbuatı
A- A+

Bu gün axşam saatlarında Bakı-Quba yolunda ölümlə nəticələnən yol nəqliyyat hadisəsi baş verib.

Milli.Az APA-ya istinadən xəbər verir ki, qəza Siyəzən rayonunun Gilgilçay kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

99 AC 039 dövlət nömrə nişanlı"Azsamand" markalı avtomaşınla 10 UT 453 dövlət nömrə nişanlı maşın "Ford" toqquşub.
 
Qəza nəticəsində "Azsamand" yol kənarındakı dəmir maneəyə çırpılıb. Qəza nəticəsində "Azsamand"da olanlardan biri dünyasını dəyişib. Qəzada xəsarət alanlara kömək məqsədilə "Ford" markalı maşından düşən qadın sərnişini isə yoldan keçən maşınlardan biri vurub. Orta yaşlı qadın  hadisə yerində dünyasını dəyişib. Hadisəni törədən sürücü hadisə yerindən qaçıb.
 
Qəza zamanı xəsarət alan şəxslər Siyəzən Regional Diaqnostika Mərkəzinə yerləşdirilib.
 
Faktla bağlı araşdırmalar davam etdirilir.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/incedent/475366.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR