Kamran Ağayev penalti qaytardı, “Boavişta” qalib gəldi - VİDEO

Kamran Ağayev penalti qaytardı, “Boavişta” qalib gəldi  - VİDEO
23:44 2 Oktyabr 2016
63 Digər
Ölkə mətbuatı
A- A+

Portuqaliya Premyer Liqasında VII turun oyunları davam edir. Apasport.az saytının məlumatına görə, milli komandamızın qapıçısı Kamran Ağayevin şərəfini qoruduğu “Boavişta” “Morierense” ilə qarşılaşıb.

 

Görüş ev sahiblərinin 2:0 hesablı qələbəsi ilə başa çatıb.

 

Milli üzvü 90 dəqiqə meydanda olduğu matçda hesab 0:0 olarkən penaltini dəf edərək, komandasının qələbəsində mühüm rol oynayıb.

 

Qeyd edək ki, bu oyundan sonra xalını 8-ə yüksəldən “Boavişta” 13-cü pillədə qərarlaşıb.

 

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR