"Sevgilinin parolunu bilmək istəyirsən?"

"Sevgilinin parolunu bilmək istəyirsən?"
08:05 3 Oktyabr 2016
95 Ölkə
Ölkə mətbuatı
A- A+

Son zamanlar internet səhifələrində tez-tez "sevgilinin parolunu bilmək istəyirsən?", "Başqasının mesajlarını oxumaq istəyirsən?", "Telefonla sən olmayandan nədən danışdığını bilmək istəyirsən?" kimi proqramların elanları verilir. Bu tip proqramlara aludə olanlar, başqaların məxfiliyini üzə çıxarmaq istəyənlər, bunun üçün pul verənlər də artır.

Milli.Az bildirir ki, psixoloq Vəfa Rəşidovanın "Ekspress"ə dediyinə görə, son zamanlar şəxsi parolu sındırmaq, başqasının telefonundan mesajları oxumaq və başqa oxşar proqramlara tələbat həddindən artıq çoxalıb: "Çünki insanlarda tədricən mənəvi dəyərlər azalır, gözüyumlu inanmaq çoxları üçün sadəlöhvlük əlaməti kimi görünür. İnsan ilk növbədə özünə güvənməlidir ki, qarşı tərəfə güvənə bilsin. Münasibət quran tərəflərdən biri və ya hər ikisi bir-birini yoxlamaq üçün müxtəlif proqramlar və digər vasitələr axtarırsa, bu, onların arasında güvənin olmadığını göstərir və ya biri güvənsə də, digəri güvənmir".

Həmsöhbətimizə görə, münasibətlərdə baş verən bu kimi hallar psixoloji narahatlıqdan xəbər verir. Bu psixoloji narahatlıq tərəflər münasibətdə olsalar da, bir-birlərinə, münasibətin möhkəm olduğuna inanmadığı üçün yaranır. "Arada güvən olsaydı, nə bir-birlərinin şəxsi parolunu sındırmaq istəyəcəkdilər, nə də başqasının telefonundan mesajların oxunmasına, gələn zənglərin bildirilməsinə xidmət edən proqramları yükləməyəcəkdilər".

V.Rəşidova qeyd edib ki, paranoidal şəxsiyyət pozğunluğu olan insanlarda inamsızlıq hissi daha güclü olur və yoxlamaq, qarşı tərəfi həddindən artıq qısqanmaq, xəyanət edəcəyindən şübhələnmək daimi işgəncəyə çevrilir: "Mütəmadi, xroniki, patoloji bir vəziyyətdirsə, bu, artıq insanın psixoloji problemlərinin olduğundan xəbər verir. Paranoidal insanlar heç vaxt heç kimə güvənməyiblər. Belə insanlar mütləq mütəxəssis yanına getməli, psixoloji müayinədən keçməlidirlər. Bu, nəinki şəxsi münasibətlərdə problem yaradır, iş fəaliyyətində, sosial münasibətlərin qurulmasında da maneələr törədir. Bu, ciddi problemdir.

Sadəcə güvənsizliq yaşayan şəxslər nə vaxtsa onlara edilən xəyanətin, deyilən yalanın təsiri altına düşüblər. Keçmişdə yaşadığı uğursuzluqları bu gününə gətirir".

Psixoloq hesab edir ki, bu cür proqramlara əl atan insanların "Məni heç kim aldada bilməz!" kimi qəti fikri də ola bilər. Bu normal deyil, sevən insanlar arasında inam hissi olmalıdır. "Təəssüf ki, indiki cütlüklərin əksəriyyəti aralarında güvən hissini formalaşdırmaqda çətinlik çəkir. Ona görə də, bu gün sevgi münasibətlərini davam etdirmək istəsələr də, bunu yarıda qoyan, nişan qaytaran, boşananlar həddindən artıq çoxdur".
Güvənsizlik cütlüklərin həyatını parçalayırsa, mütləq mütəxəssis yanına getməlidirlər. Həqiqətən inamsızlıq hissi gələcək həyata düzgün addımlamağa imkan vermir.

Onun dediyinə görə, özünü həyat boyu dedektiv rolunda hiss edən şəxslər də olur: "Nə arada sevgi var, nə də qısanclıq. Sadəcə, onlar bir növ dedektiv kimi daim axtarışda olurlar. Bu da münasibət quran insanlar arasında axır-əvvəl ayrılığa gətirib çıxarır".

Müsahibimizin fikrincə özünə, qurduqları münasibətə hörmət edən, qarşı tərəfdən heç nə gizlətməyən şəxs asanlıqla öz parolunu, mobil telefonunu ona verə bilər: "Evdə stolun üstünə ehtiyat etmədən zinət əşyalarımızı qoyuruqsa, qarşı tərəfə güvənirik. Bilirik ki, ailə üzvlərimiz heç vaxt götürməz, nəsə etməz. Münasibət də sağlamdırsa, tərəflər bir-birinə güvənməlidir. Amma stolun üstünə zinət əşyasını qorxaraq qoyuruqsa, inam yoxdur" deyən Rəşidovaya görə, bəzən elə hallar olur ki, şəxs öz gizliliyini saxlamağa can atır, nə parolunu vermək istəyir, nə də telefonunda yazışmaları göstərir. "Bu isə həmin insanın həqiqətən də başqasıyla da maraqlandığını, ya da bölüşmək istəmədiyi bir məsələlərin olduğunu göstərir. Bu da qarşı tərəfə soyuq münasibətdən, səmimiyyətin olmamasından xəbər verir".

Milli.Az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Ölkə mətbuatında bugün »

Azərbaycan üçün tarixi qərar verilə bilər

20 Sentyabr 2017 06:03

Bakıda gənc oğlanı avtomobil vuraraq ağır xəsarət yetirib

20 Sentyabr 2017 05:32

Moskva bazarında qətl

20 Sentyabr 2017 05:28

Maduro Trampı "yeni Hitler" adlandırıb

20 Sentyabr 2017 05:27

Gündüz İsmayılov: "Bəzi dini qruplar məqsədli şəkildə dini kimliyimizlə milli kimliyimizi qarşı-qarşıya qoyurlar"

20 Sentyabr 2017 05:02

Bakıda orta yaşlı kişi məhkəmə binası qarşısında döyülüb

20 Sentyabr 2017 04:52

Eks sevgilisi aktyordan 1 milyon tələb edir

20 Sentyabr 2017 04:49

İlham Əliyev: "Bizim xarici siyasətlə bağlı uğurlarımız barədə danışmaq üçün çox vaxt lazımdır"

20 Sentyabr 2017 04:37

Ərdoğan Myanmadakı böhranı soyqırımı adlandırdı

20 Sentyabr 2017 04:33

Rusiya Hava Desant Qoşunlarının komandanı qəzaya düşdü

20 Sentyabr 2017 04:14

Ərdoğan kürdlərə çağırış etdi

20 Sentyabr 2017 03:44

Artıq Vayfaydan su altında da istifadə edə biləcəyik - FOTO

20 Sentyabr 2017 03:38

İlham Əliyev ABŞ Prezidenti və xanımının adından təşkil olunmuş qəbulda iştirak edib

20 Sentyabr 2017 03:27

Sarqsyan: "Ermənistan Türkiyə ilə diplomatik münasibətləri pozmağa hazırdır"

20 Sentyabr 2017 03:22

Ərdoğan: "Azərbaycanın ərazi bütövlüyü Cənubi Qafqazda sabitliyin açarıdır"

20 Sentyabr 2017 03:12

Netanyahu BMT-də: "Azərbaycanla əməkdaşlığı genişləndirmişik"

20 Sentyabr 2017 02:59

Tovuzda 4 otaqlı ev yandı

20 Sentyabr 2017 02:38

Messi "Barselona" - "Eybar" matçında poker edib

20 Sentyabr 2017 02:37

Ərdoğan BMT-də Qarabağdan danışdı

20 Sentyabr 2017 02:24

Gəyirmənin səbəbi və qarşısını almaq üsulları

20 Sentyabr 2017 02:03

Ebru Gündeş Bakıda toyda

20 Sentyabr 2017 01:59

İlham Əliyev BMT-də nahara qatıldı

20 Sentyabr 2017 01:49

Brüssel 2020-ci il Avropa çempionatına təşkilatçılıq hüququndan məhrum edilə bilər

20 Sentyabr 2017 01:47

Kariyesin yaranma səbəbləri məlum oldu

20 Sentyabr 2017 01:45

Sitalçayda 350 ədəd partlamamış hərbi sursat aşkar edilib

20 Sentyabr 2017 01:42

Bu gün UEFA Azərbaycan üçün tarixi qərar verə bilər

20 Sentyabr 2017 01:32

Ərdoğan: "Qarabağ münaqişəsinin həlli üçün daha çox səy göstərməliyik"

20 Sentyabr 2017 01:28

İlham Əliyev BMT-nin baş qərargahında rəsmi dövlət naharında iştirak edib

20 Sentyabr 2017 01:22

"Rosneft" İraqdakı regional hökumətlə müqavilə imzaladı -

20 Sentyabr 2017 01:20

Rusiya hərbi təyyarələri amerikalı əsgərləri vurdu -

20 Sentyabr 2017 01:05

Ərdoğan Myanmadakı böhranı soyqırımı adlandırıb

20 Sentyabr 2017 00:52

Daha bir ölkə Ərbilin referendum qərarına qarşı çıxdı

20 Sentyabr 2017 00:49

Meksikada güclü zəlzələ: ölənlər var

20 Sentyabr 2017 00:44

Kərkükdə vəziyyət gərginləşdi -

20 Sentyabr 2017 00:30

Azərbaycan neftinin SON QİYMƏTİ -

20 Sentyabr 2017 00:20

İsraili yer üzündən silərik -

20 Sentyabr 2017 00:10

Astroloji proqnoz - 20 sentyabr

20 Sentyabr 2017 00:03

Rusiya nümayəndə heyəti Litva prezidentinin BMT-də çıxışı öncəsi zalı tərk edib

20 Sentyabr 2017 00:02

Bu gün Azərbaycanda Neftçilər günüdür

20 Sentyabr 2017 00:02

Meksikada 7,1 bal gücündə zəlzələ olub

19 Sentyabr 2017 23:58

Klinton yenə Trampı tənqid etdi

19 Sentyabr 2017 23:49

Meksikada güclü zəlzələ - İnsanlar küçələrə axışdı - FOTO

19 Sentyabr 2017 23:48

Bu ölkədə hicaba qadağa qoyuldu

19 Sentyabr 2017 23:38

75 ildir evli olan cütlük eyni gündə vəfat ediblər -

19 Sentyabr 2017 23:34

Daha bir ev kül oldu

19 Sentyabr 2017 23:29

Meksikanın paytaxtında 7,4 bal gücündə zəlzələ baş verib

19 Sentyabr 2017 23:27

Rusiya Dövlət Kitabxanası təxliyə edildi - Bomba həyəcanı

19 Sentyabr 2017 23:23

Proqnoz -

19 Sentyabr 2017 23:21

İraq ordusu daha bir bölgədə əməliyyatlara başladı -

19 Sentyabr 2017 23:15

Şəkidə qadın özünü asdı

19 Sentyabr 2017 23:14