İran DİN başçısı bu gün Azərbaycana gələcək

İran DİN başçısı bu gün Azərbaycana gələcək
09:37 3 Oktyabr 2016
34 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 3 oktyabr. REPORT.AZ/ İranın daxili işlər naziri Abdolreza Rəhmani Fəzli bu gün Azərbaycana rəsmi səfərə gələcək.
"Report" "Mehr"ə istinadən xəbər verir ki, səfər çərçivəsində DİN başçısı ikitərəfli münasibətlərin aktivləşdirilməsi və müxtəlif sahələrdə əməkdaşlığın genişləndirilməsi üzrə danışıqlar aparmaq üçün Azərbaycan rəhbərliyi ilə görüşəcək.
İranın daxili işlər nazirinin beynəlxalq əlaqələr üzrə müavini Babək Dinparast bildirib ki, səfərin uğurla yekunlaşması iki ölkə arasında əməkdaşlıqda dönüş nöqtəsi olacaq.
Qeyd olunur ki, nazirin Azərbaycana rəsmi səfəri iki gün davam edəcək.

Xəbərin orijinal ünvanı: http://report.az/xarici-siyaset/i-ran-di-n-bascisi-bu-gun-azerbaycana-gelecek

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR