Şəhriyar Nepominayişiyə uduzub, Aronyanı gözləyir

Şəhriyar Nepominayişiyə uduzub, Aronyanı gözləyir
09:52 3 Oktyabr 2016
42 İdman
Ölkə mətbuatı
A- A+

Rusiyanın paytaxtı Moskvada Mixael Talın xatirəsinə həsr olunmuş beynəlxalq turnir davam edir.

Milli.Az apasport.az-a istinadən xəbər verir ki, Azərbaycan millisinin lideri Şəhriyar Məmmədyarov altıncı oyununa çıxıb.

Qrosmeysterimiz Yan Nepominayişi ilə üz-üzə gəlib.
 
"Şah" bu oyunda məğlubiyyətə üzülüb. Şəhriyarın növbəti rəqibi isə erməni şahmatçı Aronyan olacaq. Görüş oktyabrın 4-də keçiriləcək. 
 
Qeyd edək ki, 6 oyundan sonra aktivində 2,5 xal olan Məmmədyarov 9-cu pillədə qərarlaşıb. Lider isə 4,5 xalla Nepominayişidir.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/475395.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR