Polis generalının oğluna yeni vəzifə

10:09 3 Oktyabr 2016
43 Digər
Ölkə mətbuatı
A- A+

 

Daxili işlər orqanlarında yeni təyinat olub.

 

APA-nın məlumatına görə, bu barədə daxili işlər naziri, general-polkovnik Ramil Usubov müvafiq əmr imzalayıb. Əmrə əsasən, Səbail rayon Polis İdarəsinin 39-cu Polis Bölməsinin rəisi Urxan Şirinov tutduğu vəzifədən azad edilərək 41-ci Polis Bölməsinin rəisi təyin olunub. U. Şirinovun yerinə isə hələlik təyinat yoxdur.

 

Bir müddət əvvəl 41-ci Polis Bölməsinin rəisi olmuş Zaur Bədəlov Qusar rayon Polis Şöbəsinin rəisi vəzifəsinə təyinat alıb.

 

Qeyd edək ki, yeni vəzifəyə təyin olunan U. Şirinov Daxili İşlər Nazirliyi Katibliyinin rəisi, polis general-mayoru Nüsrət Şirinovun oğludur.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/255397

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR