Sərnişin təyyarəyə civə keçirib, Almatı hava limanından 6 istiqamətə uçuş təxirə salınıb

Sərnişin təyyarəyə civə keçirib, Almatı hava limanından 6 istiqamətə uçuş təxirə salınıb
10:12 3 Oktyabr 2016
48 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 3 oktyabr. REPORT.AZ/ Qazaxıstanın Almatı beynəlxalq hava limanından 6 istiqamətə uçuş təxirə salınıb.
"Report" Qazaxıstan KİV-inə istinadən xəbər verir ki, buna səbəb aeroportda civə axıntısı olub.
Məlumata görə, oktyabrın 3-də səhər saatlarında sərnişinlər hava limanından təxliyə ediliblər.
Aeroportun mətbuat xidmətindən bildirilib ki, ümumilikdə 6 uçuş təxirə salınıb. Onlardan 3-ü daxili, 3-ü isə beynəlxaq reysdir: "Almatı-Tbilisi istiqamətinə uçan "Aer Astan" hava şirkətinə məxsus təyyarənin sərnişinlərinin üzərində keçirilən şəxsi yoxlama zamanı bir nəfərdə civə aşkarlanıb. Hava limanının əməkdaşları uçuşun təhlükəsizliyi baxımından ondan mayeni təhvil verməsini istəyiblər. O isə heç bir xəbərdarlıq etmədən həmin mayeni zibil qutusuna atıb, maye axmağa başlayıb. Ona görə də sərnişinlər təxliyə edilib. Hazırda hava limanının iş rejimi bərpa olunub".  

Xəbərin orijinal ünvanı: http://report.az/region/sernisin-teyyareye-cive-kecirib-alamti-hava-limanindan-6-istiqamete-ucus-texire-salinib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR