Ölülər nağıl danışmırlar - VİDEO

Ölülər nağıl danışmırlar - VİDEO
10:12 3 Oktyabr 2016
Ölkə mətbuatı
A- A+

ABŞ-ın "Disney" studiyası "Karib dənizinin quldurları" kinosaqasının növbəti filmi olan "Karib dənizinin quldurları: ölülər nağıllar danışmır" (Pirates of the Caribbean: Dead Men Tell No Tales) filminin tizer-treylerini yayıb.

Milli.Az bildirir ki, filmin premyerası 2017-ci ilin mayın 26-da olacaq.

Süjetə görə, kapitan Cek Sərçə (Jack Sparrow) köhnə rəqibi, kapitan Salazarın və onun xortlamış quldurları tərəfindən təqib olunduğunu aşkarlayır. Salazarla ölü quldurlar dünyadakı bütün dənizçiləri məhv etmək istəyirlər. Cekə yalnız Poseydonun yabası kömək edir. Bu yabaya sahib olan bütün dənizləri idarə edir.

Baş qəhrəman rolunda kinosaqanın bütün filmlərində olduğu kimi Conni Depp, onun antoqonisti kapitan Salazar rolunu Xavyer Bardem oynayır. Filmdə Pol Makkartni, Kaya Skodelario, Kristof Valts, Brenton Tueyts və Orlando Blum da çəkiliblər.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/interest/475418.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR