"Azərbaycan millisindən təklif gəlsə, məmnun olaram" - Reynaldo

"Azərbaycan millisindən təklif gəlsə, məmnun olaram" -   Reynaldo
10:17 3 Oktyabr 2016
81 İdman
Ölkə mətbuatı
A- A+

"Qarabağ"ın futbolçusu Reynaldo Silva Azərbaycan milli komandasında çıxış etmə şanslarını dəyərləndirib. Braziliyalı hücumçu hazırda əvvəlki formasını bərpa etmək üzərində çalışdığını bildirib.


O, Azərbaycanda gördüyü münasibətdən razılıq ifadə edib: "Azərbaycanda hamı mənə qarşı olduqca yaxşı davranır. Bu ölkədə yaşamağı xoşlayıram. Amma mənim üçün ilkin hədəf daha çox məşqlə əvvəlki formamı bərpa etməkdən, daha sonra oyunlarda özümü yaxşı tərəfdən göstərməkdən ibarətdi. Bunlardan sonra belə bir şans yaranarsa, təklifdən məmnun olaram. Nəyə görə də Azərbaycan xalqını sevindirəcək oyun göstərməyim?".


Qeyd edək ki, FİFA qaydalarına əsasən, əcnəbi oyunçu başqa ölkənin yığmasında oynamaq üçün həmin ölkədə azı 5 il yaşamalıdır. Reynaldo "Qarabağ"a 2013-cü ilin fevralında transfer olunub.(report)


Fanat.Az


Xəbərin orijinal ünvanı: http://fanat.az/xeber-quotazrbaycan-millisindn-tklif-gls-mmnun-olaramquot-t53034.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR